Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aptekə basqın etdi, taksiyə minib qaçdı - BAKIDA QULDURLUQ

Aptekə basqın etdi, taksiyə minib qaçdı - BAKIDA QULDURLUQ

Date: 13 January 2016 11:29

 

Bakıda quldurluq edən şəxs yaxalanıb.

 

Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, yanvarın 11-i saat 23:30 radələrində, Ə.Naxçıvani küçəsində yerləşən aptekə daxil olan naməlum şəxs orada işləyən Bakı şəhər sakin Murad Hüseynovun əlindən 110 manatını alıb qaçaraq yaxınlıqda taksi fəaliyyəti ilə məşğul olan Rəşad Məhərrəmovun idarə etdiyi «Mercedes» markalı avtomobilə əyləşib və onu da bıçaqla hədələyərək avtomobili sürməyi tələb edib.

 

Daha sonra Azadlıq prospektində maşından düşərək qaçıb. Binəqədi RPİ CAŞ və 5-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Sübhan Quliyev tutulub.

 


Tags:  Aptekə basqın etdi taksiyə minib qaçdı BAKIDA QULDURLUQ

RƏYLƏR


Top news