Bakı sakini aptek işçisinin əlindəki pulu alaraq qaçıb

11:32 13 Yanvar 2016
15 Sosial
Ölkə mətbuatı
A- A+

Belə ki, Ə.Naxçıvani küçəsində yerləşən aptekə daxil olan naməlum şəxs orada işləyən Bakı şəhər sakin Murad Hüseynovun əlindən 110 manatını alıb qaçaraq yaxınlıqda taksi fəaliyyəti ilə məşqul olan Rəşad Məhərrəmovun idarə etdiyi “Mercedes” markalı avtomobilə əyləşib və onu da bıçaqla hədələyərək avtomobili sürməyi tələb edib. Daha sonra Azadlıq prospektində maşından düşərək qaçıb. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin (CAŞ) və 5-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Sübhan Quliyev tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/baki-sakini-aptek-iscisinin-elindeki-pulu-alaraq-qacib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR