Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Aplle" qurğularında Azərbaycanın poçt şöbələrinin axtarışı mümkündür

"Aplle" qurğularında Azərbaycanın poçt şöbələrinin axtarışı mümkündür

Date: 13 January 2016 11:33

Bakı. Hüseyn Vəliyev - Trend:

Rabitə və Yüksək Texnologoyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) "Azərpoçt" MMC-nin poçt şöbələrinin mobil axtarışı versiyasını hazırlayıb. Bunu Trend-ə MHM-dən deyiblər.

Əlavə "App Store"un əlavaələrini mağazasında əldə etmək olar və iOS əməliyyat sisteminin idarəçiliyi altında işləyən qurğular üçün funksionaldır. Axtarış sisteminə 1,5 mindən çox poçt şöbəsi haqqında məlumat daxil edilib.

Lazımı poçt şöbəsinin axtarışı həm poçt indeksi, həm də küçələrin adları üzrə həyata keçirilir. Bundan başqa, əlavə telefon nömrəsi və istifadəçininin yerləşdiyi yer üzrə yaxınlıqdakı poçt şöbələrini müəyyən etməyə imkan verir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Aplle qurğularında Azərbaycanın poçt şöbələrinin axtarışı mümkündür

RƏYLƏR


Top news