Füzulidə köhnə "adət"dən imtina elədilər - FOTO

Füzulidə köhnə "adət"dən imtina elədilər - FOTO
11:42 13 Yanvar 2016
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Füzuli rayonunda yas mərasimlərində israfçılığın qarşısının alınması, ehsan süfrələrinin sadə, islami qaydalara uyğun keçirilməsi rayon ictimaiyyəti tərəfindən birmənalı olaraq müsbət qarşılanır.

Miili.az Qafqazinfo-ya istinadən bildirir ki, yas mərasimlərində, ehsan süfrələrində müşahidə edilən israfçılıq uzun illər az qala "adət-ənənələrin dəyişməz rəmzləri" kimi qarşılanıb. Sevindirici haldır ki, iki ilə yaxındır ki, rayonun bütün yaşayış məntəqələrində yas mərasimləri təmtəraqdan uzaq, sadə və israfsız keçirilir. Ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılır. Ötən müddət ərzində insanlar istər şifahi, istərsə də yazılı formada rayon İcra Hakimiyyətinə müraciət edərək öz razılıqlarını bildirirlər. Əhali birmənalı olaraq yas mərasimlərinin bu cür sadə, təmtəraqdan uzaq keçirilməsini alqışlayır və dəstəkləyir.

Rayonun axundu Nəriman Nəsirov deyir ki, ehsan məclislərinin təmtəraqdan uzaq, islami qaydalara uyğun keçirilməsi sadə vətəndaşları maddi cəhətdən də rahatladır. 

Əlbəttə, rayonda yas mərasimlərinin keçirilməsi ilə bağlı heç kimə təzyiq edilmir, bu məsələdə islamın tələbləri insanlara izah olunur. Bildirilir ki, dini nöqteyi-nəzərdən vəfat edən müsəlman üçün vacib olan dörd əməl - qüsl, kəfən, cənazə namazı və dəfndir.





Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR