İtaliya "Qızıl Top"u boykot etdi (FOTO)

İtaliya "Qızıl Top"u boykot etdi (FOTO)
11:46 13 Yanvar 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

İtaliyanın baş məşqçisi Antonio Konte və yığmanın kapitanı Canluidci Buffon Surixdə keçirilən “Qızıl Top” mərasimini boykot edib.

ANS PRESS-in məlumatına görə, boykotun səbəbi “ilin ən yaxşı futbolçu” nominasiyasında Buffonun adının olmamasıdır.

Nəticədə İtaliyadan bir jurnalist səs verib.

Canluidci Buffon ötən mövsum “Yuventus” klubu ilə ölkə çempionu olub. Buffon “Qoca Sinyora” ilə Çempionlar liqasının finalçısı olub. Lakin qapıçı hətta 23 nəfərlik "Qızıl top" mükafatına namizədlərin siyahısına düşməyib.


Canluidci Buffon və Antonio Konte

"Yuventus" İtaliya çempionatında 19 oyundan sonra 39 xalla 2-ci pillədədir. "Qova Sinyora" lider "Napoli" klubundan 2 xal geridədir.


İtaliya çempionatının turnir cədvəli

FIFA tərəfindən mövsümün ən yaxşı futbolçusuna verilən "Qızıl top" (FIFA Ballon d`Or) mükafatının sahibi "Barselona" klubunun hücumçusu Lionel Messi olub.


Lionel Messi - "Barselona"nın hücumçusu

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=369481

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR