Bakı metrosunda intihar

Bakı metrosunda intihar
11:51 13 Yanvar 2016
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı metrosunda intihar hadisəsi baş verib. Bakı metrosunda intihar hadisəsi baş verib.
ANS PRESS-in APA-ya istinadla verdiyi məlumata görə, hadisə bu gün saat 11.00 radələrində Bakı Metropoliteninin “Əhmədli” stansiyasında qeydə alınıb.

40-45 yaşlı kişi özünü qatarın altına atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər.

Faktla bağlı araşdırma aparılır.

Bənzər hadisəs ötən ilin sentyabr ayında da baş vermişdi. Bakı Metropoliteninin "28 May" metrostansiyasında bədbəxt hadisə baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, 20 yaşlı bir oğlan özünü qatarın altına atıb. İntihar edən şəxs hadisə yerindəcə dünyasını dəyişib.

İntihar edən şəxsin 1985-ci il təvəllüdlü Mirzəyev Rüstəm Fəxrəddinoviç olduğunu bildirib. İntihar edən şəxs Rusiya vətəndaşı olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369588

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR