Ermənistanda "donuz qripi"ndən ölənlərin sayı durmadan artır

Ermənistanda "donuz qripi"ndən ölənlərin sayı durmadan artır
11:52 13 Yanvar 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

İrəvanın "Surb Actvaçamay" tibb mərkəzində "donuz qripi"ndən növbəti ölum faktı qeydə alınıb.

AzVision.az-ın "news.am" saytına istinadən verdiyi xəbərə görə, faktı tibb mərkəzi təsdiq edib. Belə ki, Sünik vilayətinin Vaqatun kəndindən gətirilən 10 aylıq Nelli Ovsepyan həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib. 

Bununla, Ermənistanda "donuz qripi"ndən ölənlərin sayı 8-ə çatıb.

Eyni zamanda Ermənistanda virusa 170 nəfərin yoluxduğu təsdiqlənib. Bundan öncə Ermənistan Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Anait Aytayan bildirib ki, ölkə xəstəxanalarda müxtəlif viruslara yoluxmuş 662 nəfər yerləşdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR