Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Metroda 30 yaşlı gənc özünü qatarın altına atıb

Metroda 30 yaşlı gənc özünü qatarın altına atıb

Date: 13 January 2016 11:52

Bakı. 13 yanvar. REPORT.AZ/ Bu gün Bakı metrosunda 30 yaşlı gənc oğlan intihar edib. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayevin "Report"a verdiyi məlumata görə, hadisə metronun "Əhmədli" stansiyasında baş verib.
"Olay saat 11:08 radələrində "Əhmədli" metrosunda olub. 30 yaşlı oğlan qatar tuneldən platformaya daxil olarkən özünü relslərin üstünə atıb. Hadisə yerinə dərhal təcili-tibbi yardım çağırılıb. Sərnişinin meyti relslərin üzərindən götürülərək aidiyyəti üzrə təhvil verilib". 

Tags:  Metroda 30 yaşlı gənc özünü qatarın altına atıb

RƏYLƏR


Top news