Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Nazir 52 rayona idarə rəisi göndərir

Nazir 52 rayona idarə rəisi göndərir

Date: 13 January 2016 11:52

"52 rayon üzrə kənd təsərrüfatı idarələrinin ən müasir standartlar səviyyəsində qurulması artıq yekunlaşıb. Yanvarın 12-dən etibarən rəislərin təyinatına da start verilib".

Milli.Az bildirir ki, bu haqda Modern.az saytına Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib. O qeyd edib ki, bundan sonra yerlərdə aqrar siyasəti həyata keçirən qurumlar fəaliyyət göstərəcək:

"Həmin idarələrdə internet şəbəkəsi, elektron sistem tam müasir formada hazırlanıb. Rayonlarda olan toxumçuluq, baytarlıq, aqrokimya idarələri kompakt şəkildə vahid mərkəzdə birləşdirilib.
Artıq təşkilati işlər tam yekunlaşıb, yeni ilin əvvəlindən etibarən idarələr formalaşmağa başlayıb. Dünəndən etibarən bir neçə rayonda idarə rəislərinin təyinatı da başlayıb".

Xatırladaq ki, ğlkə başçısının ötən il imzaladığı müvafiq fərmanla Azərbaycanın 52 bölgəsində kənd təsərrüfatının rayon idarələri yaradılıb. Yeni yaradılan qurumlar Kənd Təsərrüfatı Nazirliynin ləğv edilmiş 9 regional idarəsinin funksiyasını həyata keçirəcək. 52 rayonda kənd təsərrüfatı idarələri üçün inzibati binalar tikilib. 

Milli.Az


Tags:  Nazir 52 rayona idarə rəisi göndərir


RƏYLƏR


Top news