Metroda intihar, 33 yaşlı gənc özünü qaratın altına atdı

11:53 13 Yanvar 2016
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov-Trend:

"Bakı Mertopoliteni" Qapalı Səhmdar Cəmiyyəti mertodakı intihar hadisəsilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətinin təhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, hadisə bu gün saat 11:08 radələrində mertonun "Əhmədli" stansiyasında baş verib. Qatar stansiyanın platformasına daxil olarkən 1982 -ci il təvəllüdlü Aşurov Qoşqar Etibar oğlu özünü qəfildən qatarın altına atıb. Hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib və həmin şəxsin meyiti qatarın altından çıxarılıb. Hadisə yerinə Təcili Tibbi Yardım briqadası da çağırılıb. Meyit aidiyyəti üzrə təhvil veriləcək.

Qatarların hərəkətində problem yoxdur.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2479753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR