AGBank-ın “Elmlər” filialında yanğın olub

AGBank-ın “Elmlər” filialında yanğın olub
11:53 13 Yanvar 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yanvarın 12-də tarixində səhər saatlarında qısa qapanma nəticəsində AGBank-ın “Elmlər” filialında yanğın baş verib. Bankdan Trend-ə verilən məlumata görə, bankın əməkdaşlarının və yanğınsöndürmə xidmətinin təcili müdaxiləsi nəticəsində xoşagəlməz hadisə ətrafa güclü ziyan vurmayıb. Server və kassa şəbəkəsi işlək vəziyyətindədir. Hal-hazırda filialda xırda təmir işləri aparılır və qısa vaxt ərzində başa çatması nəzərdə tutulub. AGBank yaranan narahatçılığa görə filial müştərilərindən üzr istəyir və müvəqqəti olaraq bankın digər filiallarına müraciət etməyi xahiş edir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2479749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR