Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ermənistan vətəndaşları suriyalı qaçqınlar adı altında Avropaya qaçır

Ermənistan vətəndaşları suriyalı qaçqınlar adı altında Avropaya qaçır

Date: 13 January 2016 12:08

Bakı. Trend:

Bu günlərdə Cenevrədə Beynəlxalq Miqrasiya Təşkilatının tədbiri keçirilib. "Baku Network" ekspert şurasından Trend-ə verilən məlumata görə, tədbirdə sonuncu miqrasiya prosesləri barədə məlumatlar təqdim edilib.

Təşkilatın məlumatına əsasən, 2015-ci ildə 1 milyon 4 min 365 miqrant və qaçqın Aralıq dənizi vasitəsilə Avropaya gəlib. 2014-cü ildə bu rəqəm 219 min nəfər olub.

Suriyadan əsas qaçqın axını Yunanıstana gəlir. Ötən il həmin ölkəyə təqribən 850 min miqrant gəlib. Təşkilatın məlumatına əsasən, suriyalı miqrantlar, Suriyada vətəndaş müharibəsinin qurbanları arasında 9 Ermənistan vətəndaşı da olub. Məlumatlar iraqlı qaçqınlar adı altında Avropaya gələn ermənilər üzrə statistikanı əks etdirmir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Ermənistan vətəndaşları suriyalı qaçqınlar adı altında Avropaya qaçır

RƏYLƏR


Top news