Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Oğlum üçün ağlayıram" - Könül

"Oğlum üçün ağlayıram" -  Könül

Date: 13 January 2016 12:55

Türkiyəyə köçən aktrisa Könül Nağıyeva oğlu Murad üçün çox darıxdığını deyib.

Axşam.az-ın məlumatına görə, aktrisa “ATV maqazin onlarla” verilişinə açıqlamasında övladından danışıb, göz yaşlarını saxlaya bilməyib:

“Mən çox varlı bir ailənin qızı olmuşam. Problemlərimiz oldu, həyatımız tamamilə dəyişdi. Çox çətin günlərə düşdük. 11-ci sinifdə oxuyanda atamın problemləri başladı. Tək arzusu o idi ki, mən universitetə daxil olum. Onun istədiyi fakültəyə qəbul oldum. Valideynlərim üçün etdiklərimi oğlumdan görmək istəyirəm. Oğlumun yollarını açmaq üçün 24 saat çalışmalıyam. Murad atasıyla dostuq, münasibətimiz yaxşıdır. Sağ olsun ki, o da övladına dəstək durur. Oğluma internet vasitəsiylə ünsiyyətdə oluruq, tez-tez yanıma gəlib-gedir də. Amma gecə yatanda onu qucaqlayıb, qoxusunu ala bilmirəm. Geniş evdə qalıram , amma mənə dar gəlir. Oturub oğlum üçün ağlayıram”.


Tags:  aktrisa konul nagiyeva atv maqazin onlarla konul nagiyeva oglu


RƏYLƏR


Top news