Dünyanın ən məşhur manyakı öldü (FOTO)

Dünyanın ən məşhur manyakı öldü (FOTO)
12:11 13 Yanvar 2016
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur manyakı 68 yaşlı Robert Blek ölüb. ANS PRESS-in məlumatına görə, qəddar manyak Şimali İrlandiyanın həbsxanasında dünyasını dəyişib.

Robert Blek 1990-ci ildə həbs edilib. 1994-ci ildə isə ömürlük məhkum edilib.

O, günün günorta vaxtı az yaşlı uşaqlara hücum edərək onları zorlayıb. Manyak zorladığı uşaqların hamısını qəddracasına öldürüb. İstintaq zamanı onun 4 uşaq zorladığı sübut olunub.
Bunlar 9 yaşlı Cenifer Kardi, 11 yaşlı Syuzen Maksvel, 5 yaşlı Keropayn Hoq və 10 yaşlı Sara Harper Robert olub.

Robert Şotlandiyada tutulub. Şahidlərdən biri onu 6 yaşlı qızı öz maşınına apararkən görüb.


Robert Blek


Tarixdə isə dünyanın ən dəhşətli mahnyakı Andrey Çikatilo hesab olunur. O, 53 nəfəri qətlə yetirib.

Sovet İttifaqının ən məşhur manyakı hesab edilən Çikatilo 1978-1990-cı illər ərzində fəaliyyət göstərib. Həm azyaşlı, həm də yeniyetmə oğlanları və qızları qətlə yetirən manyak daha çox maddi durumu çətin olan, evdən qaçan şəxsləri özünə hədəf seçirdi.


Andrey Çikatilo

1990-cı il noyarbın 20-də həbs edilən Andrey Çikatilo 1994-cü il fevralın 14-də güllələnərək edam olunub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369580

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR