Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İki azərbaycanlı qalib gəldi, üçü yarışmanı tərk etdi - "O səs Türkiyə"

İki azərbaycanlı qalib gəldi, üçü yarışmanı tərk etdi - "O səs Türkiyə"

Date: 13 January 2016 12:11

Dünən "O səs Türkiyə"nin dünənki buraxılışı azərbaycanlı iştirakçılar üçün də həyəcanlı keçib.

Axşam.az-ın məlumatına görə, bu il ikinci turda qaydaları dəyişən yarışmada komanda rəhbərləri (Ebru Gündeş, Hadisə, Murad Boz, Gökhan-Hakan) məşq prosesində səsləri dəyərləndirərək qərarlarını verirlər.

Gökhan və Hakan Özoğuzlar komandasında yarışan Cənubi Azərbaycandan olan İbrahim Purkazemi birbaşa "Duellər" mərhələsinə vəsiqə qazanıb.



Eyni komandada Cənubi Azərbaycandan olan Ali Rza Aryan isə yarışmanı səhnəyə çıxmadan tərk edib.



Özoğuz qardaşlarının komandasında olan digər azərbaycanlı İlham Əsgəroğlu da məşq prosesində bəyənilməyib.



Ebru Gündeşin komandasında olan, "Kristal” qrupunun keçmiş solisti Həmidə Hüseynova da yarışmanı tərk edib.



Murad Bozun komandasında olan Leyla Rəhimova da birbaşa növbəti mərhələyə adlayıb.


Tags:  İki azərbaycanlı qalib gəldi üçü yarışmanı tərk etdi səs Türkiyə

RƏYLƏR


Top news