Bakıda fəhlələr kütləvi zəhərləndi

Bakıda fəhlələr kütləvi zəhərləndi
12:16 13 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+

Paytaxtda taxta sexində fəhlələr kütləvi zəhərlənib.

Bakı Şəhər Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə zəhərlənmə Ziya Bünyadov prospektində yerləşən “Bakı Tikinti Konstruksiyaları” ASC-nin həyətində fiziki şəxs Elçin Rəhimov tərəfindən icarəyə götürülmüş metal qəbulu məntəqəsinin ərazisində metal tullantısı kimi qəbul edilmiş dəmir balondan qaz sızması nəticəsində baş verib.

Nəticədə yaxınlıqdakı taxta sexinda fəhlə işləyən Rzaağa Heydərov, Yaşar Xancanov, Yusif Kərimov, Rövşən Əbdülhəmidov, Xaqani Nurəliyev, Pərviz Əbdülhəmidov və Cabbar Əliyevin zəhərlənərək xəstəxanaya yerləşdirilmələri barədə hüquq mühafizə orqanlarına daxil olub.

Məlumat əsasında Nərimanov rayon prokurorluğunun, rayon polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, digər zəruri tədbirlər yerinə yetirilib. Zərərçəkmiş şəxslərə xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Fakta görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369589

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR