Bakıda “Günəşli” yatağında həlak olan və itkin düşən neftçilərin xatirəsi anılır

Bakıda “Günəşli” yatağında həlak olan və itkin düşən neftçilərin xatirəsi anılır
12:17 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Aksiyada deputat Aydın Mirzəzadə də iştirak edib
Bakı. 13 yanvar. REPORT.AZ/ Dənizkənarı Milli Parkda "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində həlak olan və itkin düşənlərin xatirəsi anılıb.
"Report"un məlumatına görə, Bakı sakinləri həlak olan neftçilərin "40" mərasimi ilə bağlı keçirilən aksiyada dənizin sahilinə qərənfillər düzüb.
Aksiyada Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə də iştirak edib.
Xatırladaq ki, 2015-ci il dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 11 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 22 nəfərin axtarışı davam etdirilir.




Xəbərin orijinal ünvanı: http://report.az/multimedia/bakida-gunesli-yataginda-helak-olan-ve-itkin-dusen-neftcilerin-xatiresi-anilir-fotoreportaj

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR