Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Iteca Caspian” şirkəti 2016-cı ildə 16 sərgi keçirməyi planlaşdırır

“Iteca Caspian” şirkəti 2016-cı ildə 16 sərgi keçirməyi  planlaşdırır

Aztelecom to hold preferential campaigns at ‘BakuTel-2016’ exhibition (28 November 2016 15:34)

Date: 13 January 2016 12:18

Bakı. Trend:

2016-cı ildə 4 sərginin yubileyi olacaq.

Şirkətdən Trend-ə verilən məlumata görə, Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” “AITF-2016” və “Dəmiryol infrastrukturu və Hərəkət heyəti, Dənizçilik sənayesi, Aviasiya və Nəqliyyat-loqistika xidmətləri” “TransCaspian 2016” sərgiləri öz 15 illiyini, “Mehmanxana, Restoran və Super-marketlər üçün avadanlıq və ləvazimatlar” “HOREX Caucasus 2015” və “Gözəllik və Estetik tibb” “Beauty Azerbaijan 2015” sərgiləri isə 10 illik yubileylərini qeyd edir.

2016-cı ildə bir sıra sərgi yeni imicdə təşkil olunacaq. Hələ 2015-ci ildə regionun ən böyük sərgisi - Azərbaycan Beynəlxalq “İnşaat” “BakuBuild” sərgisinin yeni brendi təqdim olunmuşdu. Həmçinin, 2016-cı ildə “Worldfood Azerbaijan” və “Road & Traffic” sərgiləri ilə yanaşı, Azərbaycanın ilk ixtisaslaşdırılmış sərgisi olan Beynəlxalq “Xəzər Neft və Qaz” “Caspian Oil and Gas” sərgisi də öz brendini dəyişəcək.

“TransCaspian” sərgisinin təqdim etdiyi sektorların genişlənməsi ilə
əlaqədar olaraq, 2016-cı ildə bu sərgi “Dəmiryol infrastrukturu və Hərəkət heyəti, Dənizçilik sənayesi, Aviasiya və Nəqliyyat-loqistika xidmətləri” “TransCaspian” adı altında təşkil olunacaq. Təşkilatçılar ayrı-ayrılıqda hər bir sektorun – həm nəqliyyat sektorunun, həm də ümumilikdə iqtisadiyyat sahəsinin artan aktuallığını nəzərə alaraq belə bir qərar qəbul ediblər.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Iteca Caspian şirkəti 2016-cı ildə 16 sərgi keçirməyi planlaşdırır


RƏYLƏR


Top news