Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Antalyada təlim-məşq toplanışında olan klublarımız yoxlama oyunlarına start verir

Antalyada təlim-məşq toplanışında olan klublarımız yoxlama oyunlarına start verir

Date: 13 January 2016 12:18


Bakı, 13 yanvar, AZƏRTAC
Antalyada təlim-məşq toplanışında olan Bakının “İnter” futbol klubu bu gün yoxlama oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisinin rəqibi Almaniyanın “Verder” klubunun 23 yaşadək futbolçulardan ibarət komandası olacaq. Görüş komandaların hazırlıq keçdiyi Bələkdə baş tutacaq və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
“İnter”in Antalya toplanışında daha üç yoxlama oyunu keçirməsi planlaşdırılır. “Verder”in əsas heyəti ilə görüş yanvarın 15-də baş tutacaq. "İnter" 19-da Çexiyanın "Slovan", bundan dörd gün sonra isə Qazaxıstanın "Atırau" kollektivi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Antalyada “İnter”lə yanaşı, “Qarabağ”, “Qəbələ” və “Zirə” də təlim-məşq toplanışındadır. Yanvarın 16-da “Sumqayıt” komandasının da onlara qoşulması nəzərdə tutulur.

Tags:  Antalyada təlim-məşq toplanışında olan klublarımız yoxlama oyunlarına start verir



RƏYLƏR


Top news