Paytaxtın 2 rayonunda yanğın olub

Paytaxtın 2 rayonunda yanğın olub
12:19 13 Yanvar 2016
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın 1-ci mərtəbəsində elektrik otağında kondisioner sisteminin 1 ədəd qurğusu, 10 ədəd elektrik açarı və tavan yanıb. Bina yanğından mühafizə olunub.

 

Bakının Nəsimi rayonunda da vətəndaşa məxsus birmərtəbəli 3 otaqlı evin 1 otağında ev əşyaları yanıb və yüksək temperaturdan tavan qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228494

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR