"İlham Əliyev Azərbaycanın multikultural ənənələr yaşadıcısı olduğunu bir daha göstərdi"

"İlham Əliyev Azərbaycanın multikultural ənənələr yaşadıcısı olduğunu bir daha göstərdi"
12:22 13 Yanvar 2016
13 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev 2016-cı ili "Multikulturalizm ili" elan etməklə Azərbaycanın multikultural ənənələr yaşadıcısı, müəyyənləşdiricisi olduğunu bir daha göstərdi və Azərbaycanın başqa xalqlara, millətlərə də bu istiqamətdə yardım göstərmək imkanlarını vurğuladı. Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova bildirib ki, bu gün dünyada multikulturalizm sahəsində çox ciddi böhran yaşanır, sivilizasiyalararası, dinlərarası, millətlərarası problemlər getdikcə kəskinləşir, müharibə ocaqları xeyli sayda artıb, milyonlarla insan öz yaşadıqları mühiti tərk etməli olur, mədəniyyətlərindən ayrı düşür, onlar tamamilə yad mədəniyyətlərlə, mühitlə üzləşir ki, bu da onların həyatlarında, eyni zamanda getdikləri ölkələrdə ciddi problemlər yaradır:

"Bu gün o qədər ciddi kataklizimlərlə dolu qarışıq bir dövürdə yaşayırıq ki, belə bir məqamda Azərbaycanın tolerant bir mühitə, cəmiyyətə malik olması və bunun dünya ictimaiyyətinə təqdim edilməsi işinin yüksək səviyyədə təşkil edilməsinin özü ötən ilin ən yadda qalan hadisələrindən biri olub. Bu baxımdan təsadüfi deyil ki, cənab prezident bu ili "Multikulturalizm ili" elan etdi. Azərbaycan bu gün beynəlxalq aləmdə özünəməxsus milli etnik, ictimai-siyasi mühiti baxımından seçilir və hesab edirəm ki, biz bu il də, qarşıdakı ildə də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397461.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR