“Azercell”in TələbəTəqaüdü Proqramının nəticələri müəyyən olunub

“Azercell”in TələbəTəqaüdü Proqramının nəticələri müəyyən olunub
12:23 13 Yanvar 2016
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
“Azercell Telekom”un təqdim etdiyi Tələbə Təqaüdü Proqramının 2015-ci il üçün nəticələri müəyyən olunub.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu qurumun prezidenti Vahid Mursəliyev proqramın qalibləri ilə görüşüb və onlara xüsusi sertifikatları təqdim edib. V. Mursəliyev tələbələrə gələcək karyeralarında uğurlar arzulayıb.
Bakı və eləcə də rayonlarda yerləşən universitetləri əhatə edən bu proqrama qatılmaq üçün ölkəmizin müxtəlif təhsil ocaqlarından ümumilikdə 1200-dən çox tələbə müraciət edib. Oktyabrın 1-dən başlanan mərhələli seçim prosesinin sonunda 24 tələbə “Azercell”in təqaüdçüsü adına layiq görülüb. Proqram qalibi olan bu tələbələr ali təhsil müddətinin sonunadək “Azercell” tərəfindən hər təhsil ayı üçün 200 manat məbləğində təqaüd alacaqlar. Bu tələbələr arasında Bakı və Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən ali təhsil ocaqlarında təhsil alan gənclər yer alıb.
Tələbə Təqaüdü Proqramının məqsədi müvəffəqiyyətlə təhsil alan tələbələrə qayğı göstərmək və onların gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaqdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azercellin_TelebeTeqaudu_Proqraminin_neticeleri_mueyyen_olunub-918013

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR