Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şok proqnoz: insanlar belə dəyişəcəklər? - FOTO

Şok proqnoz: insanlar belə dəyişəcəklər? - FOTO

Date: 13 January 2016 12:27

Ayaq barmaqları arasındakı pərdələr, qəlsəmələr, habelə pişik gözlərinə bənzəyən gözlər. Qlobal iqlim dəyişiklikləri nəticəsində insanların orqanizmlərində, zahiri görünüşlərində belə dəyişikliklər ola bilər.
Qlobal iqlim dəyişiklikləri isə havaların orta temperaturunun sürətlə artımını, yaxud da tam tərsinə, havaların ifrat soyumasını vəd edir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bəşəriyyətdə artıq genetik mutasiyalar getdiyindən dəyişikliklər daha da sürətlənə bilər.
Göz bəbəklərində əlavə layın yaranması və insan gözlərinin pişik gözlərinə bənzəməsi isə su altında daha yaxşı görmək zərurətinin təkan verəcəyi dəyişiklik olacaq.
İnsanların burun və sifətləri də böyüyəcək: səbəb qlobal iqlim dəyişiklikləri nəticəsində tənəffüs zamanı orqanizmə daxil olan havanın mümkün qədər tez isinməsidir.
Britaniyadakı Kent Universitetinin professoru, tanınmış paleoantropoloq Metyu Skinner insanların bundan sonra dəyişikliklərinin 3 ssenarisini hazırlayıb.
Rəssam Kventin Devayn isə belə dəyişikliklər nəticəsidə insanların zahiri görkəmlərinin variasiyalarını yaradıb.

"İnsanların barmaqlarının arasında dəri pərdələrin yaranması daha sürətlə baş verə biləcək dəyişiklikdir, çünki bəşəriyyətdə artıq genetik mutasiya gedir və vücudlarda variativ dəyişikliklər yaşanır. Digər dəyişikliklər isə yüzlərlə nəsildən sonra başa çatacaq. Çünki ekstremal yaşam şərtlərində yaşam orqanizmi dəyişəcək. Bununla yanaşı, dəyişiklikləri sürətləndirmək üçün gen mühəndisliyindən yararlanmaq da olar. Belədə on min illər sürəcək transformasiyalar daha tez baş verəcək", - M.Skinner deyib.

Milli.Az




Tags:  Şok proqnoz insanlar belə dəyişəcəklər FOTO

RƏYLƏR


Top news