Bakıda kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlayıb

Bakıda kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlayıb
12:32 13 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 28-də saat 20 radələrində paytaxtın Ziya Bünyadov prospektində yerləşən "Bakı Tikinti Konstruksiyaları" ASC-nin həyətində fiziki şəxs Elçin Rəhimov tərəfindən icarəyə götürülmüş metal qəbulu məntəqəsinin ərazisində metal tullantısı kimi qəbul edilmiş dəmir balondan qaz sızması baş verib.

Milli.Az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində yaxınlıqdakı taxta sexinda fəhlə işləyən Rzaağa Heydərov, Yaşar Xancanov, Yusif Kərimov, Rövşən Əbdülhəmidov, Xaqani Nurəliyev, Pərviz Əbdülhəmidov Cabbar Əliyev zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Məlumatda qeyd olunur ki, bu barədə hüquq-mühafizə orqanlarına daxil olmuş məlumat əsasında Nərimanov Rayon Prokurorluğunun, rayon polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, digər zəruri tədbirlər yerinə yetirilib. Zərərçəkmiş şəxslərə xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Fakta görə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/397463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR