Portuqaliyanın və "Real Madrid"in ulduzu Kriştiano Ronaldonun heykəlinə naməlum insanlar tərəfindən hücum edilib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, futbolçunun doğum yeri olan Madeyrada yerləşən heykəlin üstünə "Messi 10" yazılıb. Bələdiyyə işçiləri heykəli təmizləyərkən onun bəzi hissələrinin zərər gördüyünü açıqlayıblar.
Kriştianonun orada yaşayan bacısı baş verənlərdən kədərləndiyini və bunların utancverici olduğunu qeyd edib:
"Bu adada hələ də Suriyada yaşamağa layiq olan insan var. Suriyalı vətəndaşlar məni bağışlasın, amma dünya çox pis dağılıb".