Bakıda aptekə hücum oldu

Bakıda aptekə hücum oldu
12:41 13 Yanvar 2016
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxtda aptekə basqın olub.

Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə Ə.Naxçıvani küçəsində yerləşən aptekə daxil olan naməlum şəxs orada işləyən Bakı şəhər sakini Murad Hüseynovun əlindən 110 manatını alıb qaçıb.

Daha sonra o, yaxınlıqda taksi fəaliyyəti ilə məşğul olan Rəşad Məhərrəmovun idarə etdiyi “Mercedes” markalı avtomobilə əyləşib və onu da bıçaqla hədələyərək avtomobili sürməyi tələb edib.Naməlum şəxs Azadlıq prospektində maşından düşərək qaçıb.

Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin və 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Sübhan Quliyev tutulub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369591

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR