"Qızıl Məryəm"i öldürən qızı ilə bağlı maraqlı fakt

"Qızıl Məryəm"i öldürən qızı ilə bağlı maraqlı fakt
12:48 13 Yanvar 2016
2247 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 5-də Bakının Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında öz evində qətlə yetirilən "Qızıl Məryəm" kimi tanınan iş adamı Məryəm Namidzadə barədə yeni faktlar ortaya çıxıb.

Milli.az ölkə.az-a istinadən bildirir ki, biznes-ledini qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan Günel Hüseynova onun doğma qızı deyilmiş. Belə ki, o, Güneli uşaq evindən götürüb saxlayırmış. Sonradan Günel Hüseynova bu barədə xəbər tutub və Məryəm Namidzadəylə münasibətlərində soyuqluq yaranıb.

Xatırladaq ki, 1960-cı il təvəllüdlü, xüsusi amansızlıqla öldürülmüş Məryəm Namidzadənin yanvarın 5-də yaşadığı Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında meyidi aşkar edilib.

Qeyd edək ki, o, Bakıdakı məşhur "Jewellery" zinət əşyaları mağazasının sahibi olub.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/397474.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR