Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ötən ilin dekabr ayında inflyasiya 4,4 faiz təşkil edib

Ötən ilin dekabr ayında inflyasiya 4,4 faiz təşkil edib

Date: 13 January 2016 12:43

Bakı. Trend:

2015-ci ilin dekabr ayında ərzaq məhsullarının qiymətləri 4,5 faiz, qeyri-ərzaq məhsullarının 7,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 1,9 faiz bahalaşıb.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumilikdə istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 4,4 faiz bahalaşıb.

Ay ərzində düyünün, unun, çörəyin, qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, almanın, armudun, bananın, heyvanın, narın, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, balqabağın, badımcanın, bibərin, kartofun, soğanın, sarımsağın, göyərtinin, spirtli içkilərin, tütün məmulatlarının qiymətlərində bahalaşma, limonun, portağalın, naringinin, xurmanın, kələmin, çuğundurun, yerkökünün qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Dekabr ayında qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, məişət cihazlarının, məlumatın işlənməsi üçün avadanlıqların, səsin və təsvirin qəbulu, yazılması, əks etdirilməsi üçün qurğuların, telefon və fotoaparatların, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, yuyucu vasitələrin, dərmanların, minik avtomobilləri və onların ehtiyyat hissələrinin, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən hava və dəmiryolu ilə beynəlxalq sərnişindaşıma nəqliyyatında, respublikadan kənara istirahət turlarında qiymətlər bahalaşıb. Digər pullu xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Ötən ilin dekabr ayında inflyasiya faiz təşkil edib

RƏYLƏR


Top news