Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bıçaqladı, maşınını götürüb qaçdı, 10 il həbs cəzası aldı

Bıçaqladı, maşınını götürüb qaçdı, 10 il həbs cəzası aldı

Date: 13 January 2016 12:44

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Maarif Babayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı çıxışında M.Babayevin 11 il müddətinə azadlıqdan məhrum edilməsi istəyib. Hakimlər kollegiyasının hökmü ilə Maarif Babayev 10 il müddətə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə 2015-ci ilin sentyabr ayının 11-də Binə qəsəbəsi Bünyadzadə küçəsində baş verib. 1981-ci il təvəllüdlü Maarif Babayev qəsəbə sakini 1980-ci il təvəllüdlü Rauf Rzayevi bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

 

Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Babayev tutulub. İlkin məlumatına görə, Maarif Babayev qeyri-rəsmi nigahda yaşadığı qadını Rauf Rzayevlə görüb və onu bıçaqladıqdan sonra avtomobilini götürüb. O, cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.

 

M.Babayev Cinayət Məcəlləsinin 126 (qəsdən sağlığa ağır zərbə vurma) və 221-ci (xuliqanlıq), 185 (avtomobil başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan ələ keçirmə) maddələri ilə ittiham edilibb.


Tags:  Bıçaqladı maşınını götürüb qaçdı 10 il həbs cəzası aldı

RƏYLƏR


Top news