BP Azərbaycandan ixtisar xəbərinə reaksiya (FOTO)

BP Azərbaycandan ixtisar xəbərinə reaksiya (FOTO)
12:46 13 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərənin enerji nəhəngi BP (British Petroleum) bu ilin sonunadək 4 min əməkdaşını ixtisara salacaq.

ANS PRESS-in verdiyi məlumata görə, neft bazarındakı azalan qiymətlərlə əlaqədar bu ilin sonunadək şirkətin qlobal əməliyyatlarında 4 min nəfərin işinit itirəcəyi bildirilir.

İxtisarların əsasən şirkətin neft axtarışı və hasilatı fəaliyyətlərini əhatə edəcəyi, bu sahədəki işçi gücü təxminən 20 min nəfərə qədər azaldılacağı qeyd edilir.



BP-nin ixtisarlarının 600 nəfərlik hissəsinin Şimal dənizindəki əməliyyatları əhatə edəcəyi də bildirilir.

BP Azərbaycanın mətbuat xidmətinin rəhbəri, Tamam Bayatlı ANS PRESS-ə açıqlamasında hələki şirkətin Azərbaycan sektorunda heç bir ixtisarın olmadığını deyib. "Şirkət rəhbərliyindən bu haqda məlumat daxil olmayıb".


Tamam Bayatlı BP Azərbaycanın mətbaut şöbəsinin rəhbəri


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369592

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR