İstanbulda törədilən terror aktında ölənlərin səkkizi Almaniya vətəndaşıdır

İstanbulda törədilən terror aktında ölənlərin səkkizi Almaniya vətəndaşıdır
12:48 13 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
Yanvarın 12-də İstanbulun Sultanahmed meydanında törədilən terror aktında ölən on nəfərdən səkkizinin Almaniya vətəndaşı olduğu bu ölkənin hakimiyyət orqanları tərəfindən təsdiqlənib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Almaniya Federativ Respublikasının daxili işlər naziri Tomas de Mezyer bu gün İstanbula gedəcək. O, hücumun baş verdiyi yerə baş çəkəcək və Türkiyə hökumətinin nümayəndələri ilə görüşəcək. Bu barədə AFP agentliyi Almaniya Daxili İşlər Nazirliyinin təmsilçisinə istinadla məlumat yayıb.
Xatırladaq ki, İstanbulun əsas turistik məkanlarından biri olan Sultanahmed meydanında baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb. Suriyadan olan terrorçu özünü almaniyalı turist qrupunun yaxınlığında partladıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Istanbulda_toredilen_terror_aktinda_olenlerin_sekkizi_Almaniya_vetendasidir-918019

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR