Azərbaycanda ötən ay nə qədər bahalaşma olub? - RƏSMİ

Azərbaycanda ötən ay nə qədər bahalaşma olub? - RƏSMİ
12:49 13 Yanvar 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 1,9% bahalaşıb.

2015-ci ilin dekabr ayında ərzaq məhsullarının qiymətləri 4,5%, qeyri-ərzaq məhsullarının 7,1%, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 1,9% bahalaşıb.

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ümumilikdə istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 4,4% bahalaşıb.

Ay ərzində düyünün, unun, çörəyin, qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, almanın, armudun, bananın, heyvanın, narın, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, balqabağın, badımcanın, bibərin, kartofun, soğanın, sarımsağın, göyərtinin, spirtli içkilərin, tütün məmulatlarının qiymətlərində bahalaşma, limonun, portağalın, naringinin, xurmanın, kələmin, çuğundurun, yerkökünün qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Dekabr ayında qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, məişət cihazlarının, məlumatın işlənməsi üçün avadanlıqların, səsin və təsvirin qəbulu, yazılması, əks etdirilməsi üçün qurğuların, telefon və fotoaparatların, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, yuyucu vasitələrin, dərmanların, minik avtomobilləri və onların ehtiyyat hissələrinin, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən hava və dəmiryolu ilə beynəlxalq sərnişindaşıma nəqliyyatında, respublikadan kənara istirahət turlarında qiymətlər bahalaşıb. Digər pullu xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228499

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR