Alman turistlər Türkiyədən çıxırlar

Alman turistlər Türkiyədən çıxırlar
13:02 13 Yanvar 2016
48 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın turizim şirkətlərinin bir çoxu Türkiyədə baş verən terrordan sonra müştərilərinə İstanbula səyahətlərini ləğv etmə və ya başqa bir tarixə ertələmə xidməti təqdim edib.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bəzi şirkətlərin də İstanbula səyahət paketlərini təhlükəsizlik səbəbilə əvvəlcədən ləğv etdiyi ortaya çıxıb.
 
İTS, "Jahn Səyahət", "Travelix", "Dertour", "Meiers Veltreisen", o cümlədən ADAC şirkətləri müştərilərinə 10 fevrala qədər olan İstanbul səyahətlərində ləğv və ya da dəyişiklik edə biləcəklərini açıqlayıb.
 
Bundan başqa "Alltours" şirkətinin bir neçə həftə əvvəl təhlükəsizlik səbəbilə İstanbul turlarını proqramdan çıxardığı ortaya çıxıb.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/397472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR