"Sabiq nazir əvvəl də dərs demirdi"

"Sabiq nazir əvvəl də dərs demirdi"
13:08 13 Yanvar 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun kafedra müdiri olduğu İqtisad Universitetində dərslərə buraxılmaması barədə yayılan məlumatlara universitetdən aydınlıq gətirilib.

İqtisad Universitetinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, sabiq naziri universitetdə hazırda İnformasiya İqtisadiyyatı və Texnologiyaları kafedrasının müdiridir:

"O, vəzifəsindən azad edilməyib. Düzdür Əli Abbasov universitetə gəlmir. Ancaq nazirliyin saytından da göründüyü kimi o, hələ də vəzifəsini icra edir. Dərs demək üçün auditoriyasına buraxılmamasına gəlincə, akademik əvvəl də universitetdə dərs demirdi. Ona görə də onun auditoriyaya buraxılmaması barədə yayılan məlumatlar həqiqəti əsk etdirmir".

Kafedraya gəlmədiyi halda sabiq nazirin kafedra müdiri vəzifəsində qalması məsələsinə isə universitetdən bildirdilər ki, işdən azad etmək də, işə gətirmək də Təhsil Nazirliyinin səlahiyyətindədir.


Əli Abbasov - İnformasiya İqtisadiyyatı və Texnologiyaları kafedrasının müdiri

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə, akademikin dərslərə gəlməməsi halında vəzifəsində saxlanılmasının universitetin səlahiyyətində olduğunu bildirdi.

Bəzi kütləvi informasiya vasitələrində sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun müəllim kimi auditoriyaya girməsinə universitet rəhbərliyi tərəfindən qadağa qoyulması barədə məlumatlar yayılıb.

Əli Abbasovun rəhbəri olduğu "İnformasiya iqtisadiyyatı" kafedrası 2002-ci ilin iyul ayından fə­aliyyət göstərir. İlk vaxtlar kafedra "Dünya iqtisadiyyatında infor­masiya texnologiyaları" adlanıb. 2004-cü ilin noyabr ayından "İn­for­masiya iqtisadiyyatı", 2009-cu ildən isə "İnformasiya iqtisadiyyatı və texnologiyaları" kimi fəaliyyətini davam etdirir.

Ə. Abbasov 2000-2004-cü illərdə universitetin rektoru olub.

"Prezident İlham Əliyev noyabr ayının 12-də rabitə və yüksək texnalogiyalar naziri Əli Abbasovun vəzifədən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369577

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR