Qürbətdə yaşayan aktrisamız: "Oturub oğlum üçün ağlayıram"

Qürbətdə yaşayan aktrisamız: "Oturub oğlum üçün ağlayıram"
13:05 13 Yanvar 2016
102 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyəyə köçən aktrisa Könül Nağıyeva oğlu Murad üçün çox darıxdığını deyib. 

Axşam.az-ın məlumatına görə, aktrisa "ATV maqazin onlarla" verilişinə açıqlamasında övladından danışıb, göz yaşlarını saxlaya bilməyib:

"Mən çox varlı bir ailənin qızı olmuşam. Problemlərimiz oldu, həyatımız tamamilə dəyişdi. Çox çətin günlərə düşdük. 11-ci sinifdə oxuyanda atamın problemləri başladı. Tək arzusu o idi ki, mən universitetə daxil olum. Onun istədiyi fakültəyə qəbul oldum.

Valideynlərim üçün etdiklərimi oğlumdan görmək istəyirəm. Oğlumun yollarını açmaq üçün 24 saat çalışmalıyam. Muradın atasıyla dostuq, münasibətimiz yaxşıdır. Sağ olsun ki, o da övladına dəstək durur. Oğluma internet vasitəsilə ünsiyyətdə oluruq, tez-tez yanıma gəlib-gedir də. Amma gecə yatanda onu qucaqlayıb, qoxusunu ala bilmirəm. Geniş evdə qalıram, amma mənə dar gəlir. Oturub oğlum üçün ağlayıram".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/397501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR