Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ANS-in məhkəməsi təxirə düşdü

ANS-in məhkəməsi təxirə düşdü

Date: 13 January 2016 13:16

Bu gün Səbail Rayon Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətləri üzrə məhkəmə keçirilib.

Axşam.az-ın "Report"a istinadən məlumatına görə, məhkəmə təxirə salınıb. Proses yanvarın 22-də davam etdiriləcək.

Qeyd edək ki, MTRŞ 5 oktyabr 2015-ci il tarixində ANS-lə bağlı qanunvericiliyin tələbələrinin pozulmasını əsas gətirərək qərar qəbul edib. Qərara əsasən, Milli Televiziya və Radio Şurası ANS Müstəqil Yayım və Media Şirkətini ümumilikdə 161 min manat pul cəriməsi olunmasını nəzərdə tutub. Qərardan narazı qalan televiziya şirkəti isə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini istəyib.

Tags:  ANS-in məhkəməsi təxirə düşdü

RƏYLƏR


Top news