Bakıya yeni avtobuslar gətirilir

13:17 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

"Report"un əldə etdiyi məlumata görə, bu məqsədlə paytaxtda sərnişindaşıma ilə məşğul olan "BakuBus" MMC yeni avtobusları xidmətə verməyi planlaşdırır. Məlumata görə, şirkətin bu avtobusları əvvəlki modellərdən fərqli olacaq. Yeni ictimai nəqliyyat vasitələri ağ rəngdə və həcminə görə nisbətən kiçik olacaq.
Qeyd edək ki, hazırda Bakıda "BakuBus"ın xidmət göstərdiyi avtobuslar Fransa istehsalıdır. "İveco” markalı avtobuslar “İveco Crealis” və “İveco Urbanway” olmaqla iki modeldən ibarətdir.
Bakıda 2015-ci ildə keçirilən I Avropa Oyunları ilə əlaqədar Fransanın “CNH Industrial” brendi olan “Iveco Bus” şirkəti tərəfindən Bakıya “Crealis” markalı 151 ədəd yeni avtobus gətirilib. Bununla bağlı Fransa prezidenti Fransua Ollandın Bakıya səfəri çərçivəsində Bakı şəhər İcra Hakimiyyəti ilə "Iveco Frans" şirkəti arasında dəyəri 50 mln. avro təşkil edən müqavilə imzalanıb.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/bakiya-yeni-avtobuslar-getirilir1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR