Küveytin Əmiri: Azərbaycan-Küveyt əlaqələri yüksək səviyyədədir

Küveytin Əmiri: Azərbaycan-Küveyt əlaqələri yüksək səviyyədədir
13:18 13 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabah Azərbaycan Respublikasının bu ölkədəki səfiri Tural Rzayevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Əmir Küveyt ilə Azərbaycan arasında istər ikitərəfli əsaslarda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib. O, ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyib, münasibətlərin gələcəkdə uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
Əmir Şeyx Sabah Əl-Əhməd Azərbaycan Prezidenti İlham Əliyevə salamlarının və Azərbaycan xalqına rifah, inkişaf, tərəqqi arzularının çatdırılmasını xahiş edib, diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.
T.Rzayev, öz növbəsində, Prezident İlham Əliyevin Əmir Şeyx Sabah Əl-Əhmədə və dost Küveyt xalqına salamlarını, xoş arzuları çatdırıb. O, Azərbaycan rəhbərliyinin iki ölkə arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib.
Diplomat Küveyt Dövlətinin beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Əmirə və bütövlükdə Küveyt xalqına minnətdarlığını bildirib.
T.Rzayev diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Küveytin Baş nazirinin birinci müavini, xarici işlər naziri Şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabahla da görüşüb.
Görüşdə Baş nazirin birinci müavini Küveyt rəhbərliyi və xalqının Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. O, 2013-cü ildə Azərbaycana səfərindən, keçirdiyi görüşlərdən söhbət açıb.
T.Rzayev ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən danışıb. O, Prezident İlham Əliyevin Küveyt Dövlətinə rəsmi səfərini xatırladaraq bu cür yüksək səviyyəli səfərlərin iki ölkə arasındakı qarşılıqlı faydalı əlaqələrin inkişafına güclü təkan verdiyini bildirib.
Azərbaycan səfirinin diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Küveyt Xarici İşlər Nazirliyində vida ziyafəti təşkil olunub. Tədbirdə nazirliyin rəhbərliyi və ölkədə akkreditə olunan diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Görüşlər Küveyt kütləvi informasiya vasitələrində işıqlandırılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kuveytin_Amiri_Azerbaycan_Kuveyt_elaqeleri_yuksek_seviyyededir-918029

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR