Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Pensiyaların artırılmasına az qaldı - VIDEO

Pensiyaların artırılmasına az qaldı - VIDEO

Date: 13 January 2016 13:21

Azərbaycanda pensiyaların artırılması ilə bağlı işlərə start verilib.

Dövlət Sosial Müdafiə Fondundan ANS PRESS-ə verilən məlumata görə qurum pensiyaların artırılması ilə bağlı təkliflərin hazırlanmasında yaxından iştirak edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının pensiyaların artırılmasına dair tapşırığına uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondu bu sahədə təkliflərin hazırlanmasında yaxından iştirak edir. Qarşıya qoyulmuş vəzifələrlə bağlı Fond tərəfindən hazırlanacaq yeni təkliflər ictimaiyyətə təqdim olunacaqdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev də bildirdi ki, əmək haqlarının, pensiyaların, sosial müavinətlərin artımı təxminən 3,7 milyon nəfəri əhatə edəcək. Bu isə əhalinin 30%-ni təşkil edir.

"Büdcə təşkilatlarında artıq 620 mindən artıq insan çalışır, 1 milyon 300 minə yaxın pensiyaçımız, 500 minə yaxın ünvanlı sosial yardım alan şəxslər var. Qaçqınları da götürsək təxminən 3,7 milyon nəfərin əmək haqları artırılacaq”.

İdris İsayev deyib ki, artırılan məbləğin hesablanması isə əldə olunan təhlillər və ümumiləşmələr əsasında müəyyənləşəcək:

“Yəni, artım istehlak səbətinə qiymətlərin nə dərəcədə təsir etməsindən asılıdır. Çünki, istehlak mallarının bir qismi idxal olunan məhsullardır. Xüsusilə, kərə və bitki yağları kimi məhsullarının qiymətinin artması istehlaka yenidən baxılması məsləsini gündəmə gətirib. Məbləğ bu təsirlərlə müəyyən ediləcək".

Ancaq müvafiq məlumatlar icmalaşdıqdan sonra artımın məbləği açıqlanacaq.


Tags:  pensiyalarin artirilmasi dovlet sosial mudafie fondu pensiyalarin artirilmasi ile bagli teklifler azerbaycanda pensiyalarin artirilmasi

RƏYLƏR


Top news