FHN-in Akademiyası tədbir keçirib

FHN-in Akademiyası tədbir keçirib
17:38 30 Dekabr 2014
111 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlkin İzzət/

Bu gün Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Akademiyanın rəhbər heyəti, zabit və kursantlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Pənah Süleymanov iştirakçıları əlamətdar bayramlar münasibətilə təbrik edərək qeyd edib ki, dünya azərbaycanlılarının birliyi ideyası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik tariximizdəki ən böyük xidmətlərindən biridir. 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi ölkəmizin dünya dövlətləri sırasında söz sahibinə çevrilməsinə, dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və təşkilatlanmasına təkan verib.

Sonra tədbir Akademiyanın xalq çalğı alətləri ansamblı və incəsənət ustalarının iştirakı ilə təşkil olunan konsert proqramı ilə davam edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2349227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR