"Futbolçular məşqə gəlməyə yolpulu tapa bilmirlər"

"Futbolçular məşqə gəlməyə yolpulu tapa bilmirlər"
13:22 13 Yanvar 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

"Gizlədiləsi bir şey yoxdur. Elə futbolçular var ki, məşqə gəlməyə yolpulu tapa bilmirlər".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında "Rəvan" klubunun kapitanı Ramazan Abbasov deyib.

Qış fasiləsinə sonuncu pillədə yollanan "Rəvan"da son 3 ayın maaşlarının verilməməyi məlumdur. Bundan narazı olan futbolçular məşqə çıxmaqdan imtina ediblər.
 
Məsələ ilə bağlı danışan Abbasov bildirib ki, rəhbərlik futbolçulara maaşların ödəniləcəyinə dair söz verib: "Biz bir ailəyik və bu problemi birlikdə həll etməliyik. Əslində, belə şeylər ailə içində qalmalıdır. Əgər məsələ həll edilməsə, ətraflı danışmaq olar. Maaşların gecikdirilməsi doğrudur. Amma yazılan qalan şeylər boş söhbətlərdir. Rəhbərliklə görüşdük, danışdıq. Söz verdilər ki, problem həll ediləcək, pullarımız veriləcək".
 
Abbasov əlavə edib ki, bu gün rəhbərliklə növbəti dəfə görüşəcəklər: "Məsələni bu günlərdə yoluna qoyacaqlarına dair söz veriblər. Bu gün rəhbərliklə yenə görüşəcəyik. Vəziyyət yaxşı deyil. Dediyim kimi, bəzi futbolçular məşqə gəlməyə yolpulu tapa bilmirlər. Buna görə də, komanda hələlik məşqə çıxmır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/397495.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR