Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

FİFA prezidentliyinə namizəd Rusiyanı dünya çempionatından məhrum etməklə hədələyib

FİFA prezidentliyinə namizəd Rusiyanı dünya çempionatından məhrum etməklə hədələyib

Fransa prezidentliyinə namizəd Rusiyaya getdi (24 Mart 2017 13:47)
Fransa prezidentliyinə namizədə qarşı ittiham - MƏNİMSƏMƏ (14 Mart 2017 20:12)
Fransa prezidentliyinə namizəd: “Türkiyə Avropa İttifaqına üzv ola bilməyəcək” (13 Mart 2017 13:42)

Tarix: 13 Yanvar 2016 13:23


Bakı, 13 yanvar, AZƏRTAC
FİFA prezidentliyinə seçkilər yaxınlaşdıqca namizədlər arasında rəqabət də artmaqdadır.
AZƏRTAC “İnside the games” saytına istinadla xəbər verir ki, Asiya Futbol Konfederasiyasının prezidenti şeyx Salman bin İbrahim Əl-Həlifə sensasiyalı bəyanatla çıxış edib. Salman bin İbrahim Əl-Həlifə bildirib ki, beynəlxalq futbol qurumuna rəhbər seçilərsə, 2018 və 2022-ci illərdə keçiriləcək dünya çempionatlarının iştirak ərizələrini yenidən nəzərdən keçirəcək.
Bu açıqlama isə ondan xəbər verir ki, 2018-ci ildə Rusiyada keçirilməsi planlaşdırılan dünya çempionatının baş tutması artıq indidən sual altındadır.
Ekspertlər və dünya bukmeykerlərinın proqnozuna görə, şeyx Əl-Həlifə fevralın 26-da keçiriləcək FİFA prezidentliyinə seçkilərdə favorit və başlıca namizəd hesab edilir.
 

Teqlər:  FİFA prezidentliyinə namizəd Rusiyanı dünya çempionatından məhrum etməklə hədələyib



RƏYLƏR


Top xəbərlər