Bununla belə, müstəqillik dövrünün ötən əsrə təsadüf edən sonuncu ilinədək "Kəpəz" üst-üstə 7 titul əldə edib. Nizami yurdunun komandası 3 çempionluq, 4 kubok qazanıb. Axırıncı titul 2000-ci ilə təsadüf etsə də, bu, qızıl medal yox, kubok olub. Həmin vaxt "Kəpəz"in Azərbaycan Kubokunun finalında məğlub etdiyi "Qarabağ" o vaxtdan 2 dəfə ölkə çempionluğu və eyni sayda kuboku qazanmağın sevincini yaşayıb. Bununla yanaşı, "Qarabağ" 1 dəfə vitse-çempion, 4 dəfə bürünc mükafatçı olub. Üstəlik, Ağdam klubu 2 dəfə Avropa Liqasının qrup mərhələsində çıxış edib.
"Report" "Kəpəz"in sonuncu çempionluğu qazandığı il Azərbaycanda və dünyada baş vermiş önəmli hadisələri xatırladır...
Azərbaycanda...
- Avropa Parlamenti tərəfindən "Qafqazda sülh prosesinə dəstək" adlı qətnamə qəbul edilib;
- Bakı-Supsa (Gürcüstan, Qara dəniz) neft kəməri istismara verilib;
- Azərbaycanla Myanma (Birma) dövləti arasında diplomatik münasibətlərin qurulması haqda protokol imzalanıb;
- Ölkədə ilk dəfə bələdiyyə seçkiləri keçirilib;
- Orta məktəblərin ilk sinfinə qədəm qoyan şagirdlər məzun olublar;
- Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edilib.
... və dünyada ...
- Polşa, Macarıstan və Çexiya NATO-ya daxil olub;
- Rusiyanın Çeçenistana hücumu nəticəsində İkinci Çeçenistan müharibəsi başlanılıb;
- Portuqaliya Makao adasını Çinə verdiyini açıqlayıb;
- NATO Yuqoslaviyaya qarşı hərbi əməliyyatlara başlayıb;
- PKK lideri Abdulla Öcalan haqda Türkiyədə edam qərarı çıxarılıb;
- Dünya əhaləsinin sayı 6 milyarda çatıb;
- Türkiyəli müğənni Barış Manco, azərbaycanlı bəstəkar Rauf Hacıyev, amerikalı basketbolçu Uilt Çemberlen, Mərakeş Kralı II Həsən vəfat edib.