Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb

Date: 13 January 2016 13:32

2015-ci ilin dekabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,2 faiz bahalaşıb.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz bahalaşıb.

Ay ərzində bitkiçilik məhsullarından xurmanın və kələmin istehsalçı qiymətləri ucuzlaşıb, narın, heyvanın, xiyarın, şabalıdın, qozun, fındığın, armudun, almanın, pomidorun, sarımsağın, soğanın, quru otun isə istehsalçı qiymətləri bahalaşıb. Digər bitkiçilik məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Heyvandarlıq məhsullarından südün və yumurtanın istehsalçı qiymətləri bahalaşıb, ev quşlarının, mal və qoyun ətinin isə istehsalçı qiymətləri ucuzlaşıb, digərlərinin isə qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Milli.Az


Tags:  Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb


RƏYLƏR


Top news