Sultanəhməddə partlayış törədən terrorçunun kimliyi açıqlandı

Sultanəhməddə partlayış törədən terrorçunun kimliyi açıqlandı
13:34 13 Yanvar 2016
40 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin İstanbul şəhərində Sultanəhməd meydanında partlayışı törədən terrorçunun kimliyi məlum olub.
 
APA-nın yerli mətbuata istinadən xəbərinə görə, meydanda özünü partladan kamikadze Səudiyyə Ərəbistanında anadan olmuşSuriya vətəndaşı, 5 sentyabr 1988-ci il təvəllüdlü Nabil Fadlidir. İŞİD terror təşkilatının üzvü olan N. Fadlinin Suriyadan gəldiyi, bu il yanvarın 5-də İstanbulda qaçqın kimi qeydiyyata düşdüyü müəyyənləşib. Qeydiyyata düşərkən onun barmaq izləri götürülüb. Barmaq izlərinə əsasən, onun adı terrorçular siyahısında olmayıb. 
 
Qeyd edək ki, yanvarın 12-də İstanbulda kamikadzenin özünü partlatması nəticəsində 10 əcnəbi turist ölüb. Onların 8-i Almaniya, 1-i Peru, 1-i isə Cənubi Koreya vətəndaşıdır. Hadisə zamanı 15 nəfər xəsarət alıb ki, onlardan birinin vəziyyəti ağırdır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228510

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR