Astarada 57 yaşlı qadın pəncərədən yıxılaraq xəsarət alıb

Astarada 57 yaşlı qadın pəncərədən yıxılaraq xəsarət alıb
13:42 13 Yanvar 2016
24 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ Astara sakini pəncərədən yıxılaraq xəsarət alıb. "Report"un məlumatına görə, rayonun Şahağacı kənd sakini 57 yaşlı Alimə İslam qızı Əsədova yaşadığı evin ikinci mərtəbəsindən pencərədən yıxılıb. Yaralı Təcili və Təxirəsalınmaz Tibbi Yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan "Report"a bildirilib ki, rentgenoloji müayinə nəticəsində məlum olub ki, A.Əsədova birinci bel fəqərəsinin konpressiyası, yəni sınığı diaqnozu ilə Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qalır.





Xəbərin orijinal ünvanı: http://report.az/hadise/astarada-57-yasli-qadin-pencereden-yixilaraq-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR