Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktorunu qəbul edib

Prezident ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktorunu qəbul edib

Date: 13 January 2016 13:49

Prezident İlham Əliyev ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapçanı qəbul edib.

 

Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından danışılıb, ölkələrimiz arasında bir çox sahələrdə tərəfdaşlıq münasibətlərinin qurulmasından məmnunluq ifadə olunub. Zəngin tarixə malik olan enerji sahəsində əməkdaşlığın ABŞ-ın dəstəyi ilə daha da genişləndirilməsinin önəmi qeyd edilib. Beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərinə toxunularaq Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyətinin əhəmiyyəti vurğulanıb, ölkədə gedən demokratik proseslər və bunun perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Söhbət zamanı, həmçinin regional vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilib. İkitərəfli münasibətlərin hazırkı vəziyyətinin təhlil olunduğu görüşdə əməkdaşlığımızın bundan sonra daha da möhkəmləndirilməsinin vacibliyi bildirilib.

 


Tags:  Prezident ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktorunu qəbul edib

RƏYLƏR


Top news