"Çilov" yatağında dəniz özülü təmir edilib

"Çilov" yatağında dəniz özülü təmir edilib
13:52 13 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 13 yanvar. REPORT.AZ/ 28 May adına Neft Qaz Çıxarma İdarəsinin (NQÇİ) istismar etdiyi “Çilov” yatağındakı 123 nömrəli stasionar dəniz özülü əsaslı təmir edilib.
"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, özüldəki hasilat quyularının səmərəliliyinin artırılması, eləcə də burada yerləşən texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə aparılan təmir işləri zamanı korroziyaya uğramış metal-konstruksiyalar yeniləri ilə əvəz olunub, 16 ədəd svay vurulub.
Bundan başqa, 48 ədəd svaylararası şaquli və üfüqi rabitələr, 1 minik və 1 yanalma meydançası, 2 ədəd metal lövhə və 300 metr uzunluğunda metal məhəccər quraşdırılıb, 310 metr uzunluğunda yanğından mühafizə üçün su xətti çəkilib, platformanın 500 kv. metrlik metal döşəməsi təmir edilib. 
2014-cü ilin aprel ayından başlanılmış təmir işləri “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/cilov-yataginda-123-nomreli-deniz-ozulu-temir-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR