Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Elmar Məmmədyarov türkiyəli həmkarına başsağlığı məktubu göndərib

Elmar Məmmədyarov türkiyəli həmkarına başsağlığı məktubu göndərib

Date: 13 January 2016 13:53

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov İstanbul şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğluna başsağlığı məktubu göndərib.

Trend-in məlumatına görə, nazir məktubda xəbərdən sarsıldığını və baş vermiş faciə ilə əlaqədar həmkarının kədərini bölüşdüyünü bildirib və terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verərək xəsarət alanlara Allahdan şəfa diləyib.

E.Məmmədyarov Azərbaycanın terrordan əziyyət çəkən ölkə kimi terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyini vurğulayıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Elmar Məmmədyarov türkiyəli həmkarına başsağlığı məktubu göndərib


RƏYLƏR


Top news