Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Sovetski”də köçürülən ərazilərdə tikinti aparılmasının SƏBƏBİ

“Sovetski”də köçürülən ərazilərdə tikinti aparılmasının SƏBƏBİ

Date: 13 January 2016 13:54

 

Bakının “Sovetski” məhəlləsində köçürülən ərazilərdə tikinti işlərinə başlanması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.

 

Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon İcra Hakimiyyəti nəzdində yaradılmış İşçi Komissiyanın sədri Səməd İslamov APA-ya açıqlamasında deyib ki, həmin tikililər ərazidə söküntü işləri aparan, həmçinin nəzərdə tutulan yeni yolların salınmasına cəlb edilmiş podratçı təşkilatların texniki heyətinin və rayon İcra Hakimiyyətinin nəzdindəki İşçi Komissiyasının köçürməyə məruz qalan mənzil sahiblərinin qəbul edilməsi üçün bir neçə müvəqqəti qərargah otağıdır.

 

S. İslamov bildirib ki, köçürmə işləri tam başa çatdıqdan sonra müvəqqəti tikililər söküləcək.


Tags:  Sovetskidə köçürülən ərazilərdə tikinti aparılmasının SƏBƏBİ

RƏYLƏR


Top news